COP29

Zidan Bakıya gələcək futbolçunu heyətə daxil etmədi

9 Noyabr 2019 12:56 AÇ-2020 884
Zidan Bakıya gələcək futbolçunu heyətə daxil etmədi

"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Eybar"la qarşılaşmanın sifariş ərizəsini açıqlayıb. Fransız mütəxəssis bir neçə futbolçusunu səfərə aparmayacaq.

Sportinfo.az xəbər verir ki, zədəlilərdən Marselo, Luka Yoviç, Alvaro Odriosola, Mariano Dias, Xames Rodrigeslə yanaşı, Qaret Beyl də meydana çıxmayacaq.

AÇ-2020-nin qrup mərhələsinin son 2 oyunu üçün Uels yığmasının heyətinə dəvət alan 30 yaşlı futbolçu Primeroda bu tur da forma geyinməyəcək. Beylin noyabrın 16-da Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq britaniyalıların heyətində meydana çıxacağı sual altında olsa da, baş məşqçi Rayan Giqqz təcrübəli oyunçunu ölkəmizə gətirəcəyi siyahıya daxil edib.

Digər Xəbərlər
Xəbər Lenti