COP29

Rusiyada oynayan futbolçu Ukrayna yığmasından getdi

6 Noyabr 2019 12:43 AÇ-2020 688
Rusiyada oynayan futbolçu Ukrayna yığmasından getdi

"Zenit"in müdafiəçisi Yaroslav Rakitski Ukrayna millisində karyerasını başa vurduğunu açıqlayıb. Sportinfo.az xəbər verir ki, bu haqda futbolçu öz "İnstagram" səhifəsində yazıb:

"Ukrayna yığmasını AVRO-2020-yə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Uşaqlar, sizə afərin, əla oynayırsız. 10 il əvvəl mən əsas komandada debüt etmişdim, indi isə "sağ olun" deyirəm. Mən Ukrayna millisindən gedirəm. Bütün il ərzində yığmadan dəvət gözlədim. Amma böyük futbol artıq böyük siyasətə çevirilib. Futbol siyasətdən ayrıdır?

Mənim üçün yığmanın formasını geyinmək və ukraynalıların gücünü göstərmək böyük şərəf idi.

Mənə dəstək olan və olmayanların hamısına təşəkkür edirəm. Siz məni daha da güclü etdiniz. Mən həmişə futbol meydanında Ukraynanın qələbəsi üçün döyüşmüşəm. Sizə ancaq qızıl medal qazanmağı arzu edirəm. Sağ olun".

Qeyd edək ki, Rakitski Rusiya klubunda çıxış etdiyindən Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko onu milliyə dəvət etmirdi.

Digər Xəbərlər
Xəbər Lenti