COP29

"Hər şey Azərbaycanla oyunda həll olunacaq"

5 Noyabr 2019 17:28 AÇ-2020 657
"Hər şey Azərbaycanla oyunda həll olunacaq"

AVRO-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal qarşıdakı görüşlə bağlı danışarkən qapıçı Matuş Kozaçikin zədəyə görə heyətdən kənarda qaldığını bildirib. Sportinfo.az xəbər Slovakiya mətbuatına istinadən xəbər verir ki, Kapal noyabrın 19-da millimizlə keçiriləcək oyunun həlledici olduğunu deyib:

"Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Xorvatiyadakı qarşılaşma bizim üçün çox vacibdir. Bu oyundan çox şey asılıdır. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Biz hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu noyabrın 19-da Trnavada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti