COP29

Yeni işçi qrupu yaradıldı

3 Noyabr 2019 10:38 AÇ-2020 592
Yeni işçi qrupu yaradıldı

2020-ci ildə Bakıda baş tutacaq “Formula 1” və AVRO-2020-nin təşkilat komitələri və digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, AFFA və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.

Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti