COP29

Ərəbistanda oturub Azərbaycana qarşı dəvət gözləyir

1 Noyabr 2019 14:09 AÇ-2020 794
Ərəbistanda oturub Azərbaycana qarşı dəvət gözləyir

Slovakiya millisinin kapitanı Vladimir Vayss ötən il tənqid etdiyi millinin baş məşqçisi Pavel Hapaldan dəvət gözləyir.

Sportinfo.az xəbər verir ki, son dəfə yığmada AÇ-2020-nin Çexiya ilə qarşılaşmasında çıxış etmiş təcrübəli yarımmüdafiəçi seçmə mərhələnin qalan iki oyununda komandasına kömək etmək istəyir.

2014-cü ildən Ərəbistan yarımadasında - Qətər çempionatında oynayan 30 yaşlı vinger açıqlamasında Xorvatiya və Azərbaycanla görüşlərdə milliyə xeyir verə biləcəyini deyib:

"Yenidən milliyə qayıtmaq arzusundayam, özümü çox yaxşı hiss edirəm. Keçən il baş məşqçiyə qarşı səsləndirdiyim fikirlər zamanı hisslərimə hakim ola bilməmişdim. Əgər mənə etimad göstərsə, var gücümlə kömək edərəm".

"Mançester Siti", "Bolton", "Reyncers", "Espanyol", "Olimpiakos" kimi klublarda oynamış Vays 2014-cü ildə Qətərin "Lekviya" klubuna keçib. 2016-cı ildən isə bu ölkənin "Əl-Qərəfə" komandasının uğurları üçün çalışır.

Slovaklar AÇ-2020-nin seçmə mərhələsində noyabrın 16-da Riyekada Xorvatiyanın qonağı olacaqlar, 3 gün sonra isə Trnavada Azərbaycan millisini ilə qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti