“Qarabağ”dan ayrılan legioner indi peşman olub? - FOTO

3 Sentyabr 2023 01:10 Qarabağ 8 709
“Qarabağ”dan ayrılan legioner indi peşman olub? - FOTO

“Qarabağ”ın sabiq legioneri Ovusu Kvanena özünün İnstaqram səhifəsində diqqətçəkən paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Macarıstan “Ferensvaroş”una məxsus olan qanalı hücumçunun paylaşımındakı şəkillərin Bakıda çəkildiyi ehtimal olunur.

Bir şəklin isə “Qarabağ”ın bazası - klubun ofisinin girişində çəkildiyi güman edilir. Amma Ovusunun qalın geyimindən şəkillərin yay fəslində çəkilmədiyini söyləmək olar.

Bu şəklin altına Ağdam klubunun futbolçusu Julio Romao “Welcome back” (geriyə xoş qayıdırsan) sözlərini yazıb. Bu da istər-istəməz Ovusunun yenidən “Qarabağ”da oynayacağına dair fikirlərin yaranmasına əsas verir.

Maraqlıdır ki, Ovusu özünün “Qarabağ”da vurduğu qollarla bağlı izləyicilərinin paylaşımını da repost edib.

Ovusu Kvabena bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a transfer olunub. Onun Budapeşt klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

O, 2020-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək “Qarabağ”ın oyunçusu olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?