"Qrupda "Qarabağ"a görə az xal topladıq" - Belçikalı baş məşqçi

5 İyun 14:22 Avropa Liqası 1 109
"Qrupda "Qarabağ"a görə az xal topladıq" - Belçikalı baş məşqçi

"Bu komandanın baş məşqçisi olmaq yaxşı təcrübə idi".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olmuş Lüksemburq "Düdelanj"ının sabiq baş məşqçisi Bertran Krasson deyib.

49 yaşlı belçikalı mütəxəssis bildirib ki, klubla müqaviləni yeniləməmək qərarına gəliblər. O, qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını sözlərinə əlavə edib:

"Komandanın məqsədi Avropa Liqasına vəsiqə qazanmaq idi və biz bundan uzaqda deyildik. Komandanı 12-ci yerdən 5-ci pilləyə qaldırdıq və koronavirus pandemiyasına görə mövsüm bitdi".

Baş məşqçi Avropa Liqasındakı oyunları da xatırladıb. Krasson Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməklə, tarixi uğur qazandıqlarını söyləyib: "Bu əla bir an idi. Qrup mərhələsini 4 xalla başa vurduq, amma 6 ola bilərdi. Lakin "Qarabağ" VI tur oyununun son dəqiqələrində hesabı bərabərləşdirdi".

"Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib. Ağdam təmsilçisi səfərdə rəqibini 4:1 hesabı ilə üstələyib, Bakıdakı görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bertran Krasson 2019-cu ilin sentyabrında bu postda Emiliano Ferreranı əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 11:48 Bu iş Bravo ilə olur!
7 İyul 01:52 Məşhurun evi soyuldu
6 İyul 20:00 Rəşad "Zirə"li oldu
6 İyul 18:34 Azərbaycanda №1