AL - “Arsenal” dayandı, "Mançester Yunayted"dən davam!

28 Fevral 02:34 Avropa Liqası 583
AL - “Arsenal” dayandı, "Mançester Yunayted"dən davam!

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. İlk oyunda səfərdə "Reyncers"ə 2:3 hesabıyla uduzan "Braqa" bu dəfə rəqibini doğma azarkeşləri qarşısında qəbul edib. Bu oyunda da qələbəni Şotlandiya təmsilçisi bayram edib və 1/8 finala yüksəlib.

Əksər qarşılaşmalar ikinci oyun gününə təsadüf edib. Türkiyənin "Başakşəhər" klubu "Sportinq"lə qarşılaşıb. İlk oyunda rəqibinə 1:3 hesabıyla uduzan İstanbul təmsilçisi doğma meydanda 4:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

"Arsenal" "Olimpiakos"u, "Mançester Yunayted" isə "Brügge"ni qəbul edib. "Topçular" Yunanıstan təmsilçisinə doğma meydanda uduzaraq mübarizəni dayandırıblar. "Qırmızı şeytanlar" isə cavab görüşündə 5 cavabsız qolla qələbə qazanıblar.

Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton" ilk matçda 4:0 hesabıyla məğlub etdiyi "Espanyol"a səfərdə uduzsa da, mərhələ adlayıb.

“Zalsburq” - “Ayntraxt” qarşılaşması isə güclü külək səbəbindən təxirə salınıb.

Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya) 0:1 (ilk oyun 2:3)

Qol: Kent, 61.

Başakşəhər (Türkiyə) – Sportinq (Portuqaliya) 4:1 (1:3)

Qol: Şkrtel, 31. Aleksiç, 45. Vişça, 90+2; 119-pen – Vietto, 68.

Bazel (İsveçrə) – APOEL (Kipr) 1:0 (3:0)

Qol: Frey, 38-pen.

Espanyol (İspaniya) – Vulverhempton (İngiltərə) 3:2 (0:4)

Qol: Kalyeri, 16; 57-pen; 90+1 – Traore, 22. Doherti, 79.

Portu (Portuqaliya) – Bayer (Almaniya) 1:3 (1:2)

Qol: Mareqa, 65 – Alario, 10. Demirbay, 50. Haverts, 58.

Gent (Belçika) – Roma (İtaliya) 1:1 (0:1)

Qol: David, 25 – Klyuvert, 29.

LASK (Avstriya) – Alkmaar (Niderland) 2:0 (1:1)

Qol: Raquz, 44-pen; 50.

Malmö (İsveç) – Volfsburq (Almaniya) 0:3 (1:2)

Qol: Brekalo, 42. Gerhardt, 65. J.Viktor, 69.

Ayaks (Niderland) – Xetafe (İspaniya) 2:1 (0:2)

Qol: Danilo, 10. M.Oliveyra, 63-öz qapısına – Mata, 5.

Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan) 1:2 (1:0)

Qol: Obameyanq, 113 - Sisse, 53. El Arabi, 119.

Benfika (Portuqaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 3:3 (1:2)

Qol: Pitsi, 9. R.Dias, 36. R.Silva, 47 - R.Dias, 12-öz qapısına. Stepanenko, 49. A.Patrik, 71.

Seltik (Şotlandiya) – Kopenhagen (Danimarka) 1:3 (1:1)

Qol: Eduard, 82-pen – Santos, 51. Biel, 85. Ndoye, 88.

İnter (İtaliya) – Ludoqorets (Bolqarıstan) 2:1 (2:0)

Qol: Biraqi, 32. Lukaku, 45+4 – O.Souza, 26.

Mançester Yunayted (İngiltərə) – Brügge (Belçika) 5:0 (1:1)

Qol: B.Fernandes, 27-pen. İqalo, 34. Maktominay, 41. Fred, 82; 90+3.

Sevilya (İspaniya) – ÇFR (Kluj, Rumıniya) 0:0 (1:1)

Zalsburq (Avstriya) – Ayntraxt (Almaniya) matçı təxirə salınıb (1:4)

Digər Xəbərlər
Xəbər Lenti