Belçikalı məşqçi: "Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

22 Fevral 2020 10:38 Avropa Liqası 1 144
Belçikalı məşqçi: "Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson "Lequotidien" nəşrinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis çempionatdakı vəziyyətdən və avrokuboklardakı oyunlardan da danışıb.

Belçikalı məşqçi "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb:

"Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda "Qarabağ"ı məğlub edə biləcəyimizi normal qarşılayırdı. Bütün insanlar məğlubiyyətimizdən sonra məyus oldular".

"Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!