Ön xəttini yeni oyunçu ilə gücləndirəcək – Avropanın tanınmış kalubu

16 İyul 2024 01:40 İtaliya 1 892
Ön xəttini yeni oyunçu ilə gücləndirəcək – Avropanın tanınmış kalubu

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, A Seriyalı təmsilçisi "Atletiko"dan Alvaro Moratanı transfer edəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya klubu ispan forvardın müqaviləsində olan 13 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. "Milan" 31 yaşlı hücumçu ilə 4 illik sözləşmənin şərtlərini razılaşdırıb.

"Atletiko" Alvaro Moratanı 2020-ci ilin yayında "Çelsi"dən transfer edib.

İspaniya millisi ilə Avropa çempionu olmuş futbolçu ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!