"Qarabağ"a qalib gəldiyimiz gecə..."

28 Yanvar 2020 21:42 Avropa Liqası 1 425
"Qarabağ"a qalib gəldiyimiz gecə..."

“Vorskla”da yaxşı işlər gördüyümüzə inanıram. Hətta bu komanda ilə Avroliqaya vəsiqə qazanmışdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri bir dönəm “Vorskla”nı çalışdıran Vasili Saçko ölkə mətbuatına verdiyi müsahibə zamanı deyib.

Ukraynalı mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşdığı “Qarabağ” oyunu barədə də danışıb:

“Xatırlayırsınızsa, çox çətin qrupa düşmüşdük. Qrupda “Arsenal”, “Sportinq” kimi komandalar var idi. “Qarabağ”ı da unutmaq olmaz.

Onlar bu turnirin daimi iştirakçısıdır. Düzdü, evdə onlara məğlub olduq (0:1). Ancaq Bakıda “Qarabağ”a qalib gəlmişdik (0:1). Bizim üçün unudulmaz bir gecə idi”.

Vasili Saçko 2014-2019 cu illərdə “Vorskla”nın baş məşqçisi olub. Ukrayna təmsilçisi 2018-ci ildə Avropa Liqasında “Qarabağ”la bir qrupda yer alıb.

Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 0:1 hesabı ilə məğlub olsa da, səfərdə eyni hesabla qalib gəlməyi bacarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti