"Qarabağ": niyə və nədə uduzdu? - DİL AÇAN RƏQƏMLƏR

8 Noyabr 2019 00:10 Avropa Liqası 1 423
"Qarabağ": niyə və nədə uduzdu? - DİL AÇAN RƏQƏMLƏR

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL klubuna 1:2 hesabı ilə uduzdu. Sportinfo.az qarşılaşmanın statistikasını təqdim edir:

“Qarabağ” 12, APOEL isə 6 dəfə qapıya zərbə endirib. Ağdamlıların 4 zərbəsi qapıya istiqamətlənib və biri qolla nəticələnib. "Köhlən atlar"ın 8 zərbəsi qeyri-dəqiq alınıb. 1 zərbəyə isə blok qoyulub.

APOEL-in 6 zərbəsindən 2-si qolla nəticələnib. Nikosiyalıların 4 zərbəsi qapı istiqamətinə ünvanlanıb, 2-si qeyri-dəqiq alınıb, 7 zərbəyə blok qoyulub. Digər zərbə isə qeyri-dəqiq alınıb.

Künc zərbələrində bərabərlik qeydə alınıb - 6:6. Topa yiyələnmə meydan sahiblərinin xeyrinə olub – 54 faiz – 46 faiz.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"