Doll "Qarabağ"a qarşı nə fikirləşib?

7 Noyabr 2019 17:27 Avropa Liqası 675
Doll "Qarabağ"a qarşı nə fikirləşib?

Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün "Qarabağ"la qarşılaşacaq APOEL-in təxmini "11-liy"i müəyyənləşib. Sportinfo.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Doll ehtiyatı əldən verməyəcək.

Belə ki, almaniyalı mütəxəssis 4-3-3 yox, 5-4-1 taktiki sxemindən yararlanmağı planlaşdırır. Həmkarlarımızın iddiasına görə, Dollun sisteminə əsasən, komanda müdafiə olunarkən 5-4-1, hücuma keçərkən isə 3-5-2 düzülüşü ilə çıxış edəcək.

Çərçivəni Vid Beleç qoruyacaq. Onun önündəki "üçlü" müdafiədə Praxitelis Vouros, Vuyadin Saviç və Giorqos Merkisin iştirakı gözlənilir. Nikolas Yoannu ilə Draqan Mixayloviç cinahlardan həm müdafiəçi, həm də yarımmüdafiəçi funksiyasını yerinə yetirməli olacaqlar.

Baş məşqçi orta sahədə 3 nəfərə yer verməyi planlaşdırır. Belə ki, Lukas Souza, Alef və Uroş Matiç "trio"su həm müdafiəyə, həm də hücumların qurulmasına kömək etməlidi.

Kipr təmsilçisinin əsas qol ümidi Linus Hallenius olacaq. Ona ən yaxın Musa el-Tamari çıxış etməlidir. Bakıdakı qarşılaşmadan əvvəl intizamsızlığına görə əsas komandadan uzaqlaşdırılan iordaniyalı bir növ ikinci hücumçu funksiyasını daşıyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"