“90+8-ci dəqiqədə “Qarabağ”a qələbə topunu vuracağımızı gözləmirdim”

15 Mart 17:40 Avropa Liqası 612
“90+8-ci dəqiqədə “Qarabağ”a qələbə topunu vuracağımızı gözləmirdim”

“Qarabağ”a əsas vaxtda qalib gələcəyimizə inanmırdım".

Sportinfo.az xəbər verir ki, bunu “Bayer 04”ün baş məşqçisi Xabi Alonso “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis RTL-ə açıqlamasında 90+3-cü dəqiqədə hesabı 2:2 etdikləri zaman özünü əlavə 30 dəqiqəyə hazırladığını bildirib:

“Həmin anda artıq beynimdə əlavə ediləcək dəqiqələrə köklənmişdim. Qısa fasilədə futbolçulara nə deyəcəyimi, hansı tapşırıqları verəcəyimi düşünürdüm.

90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim. Ən yaxşı “Bayer 04” meydanda olmaya bilərdi, ancaq yaxşı reaksiya verdik”.

İki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!