"Bayer" və "Roma" qazandı, "Liverpul" evdə darmadağın oldu

12 Aprel 01:10 Avropa Liqası 780
"Bayer" və "Roma" qazandı, "Liverpul" evdə darmadağın oldu

Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

1/8 finalda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" evdə "Vest Hem"lə üz-üzə gəlib.

Matçın sonlarında rəqibi 2 dəfə məyus edən Xabi Alonsonun baş məşqçilik etdiyi Leverkuzen təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 42-ə çatdırıb.

İki İtaliya klubunun qarşıdurmasında sevinən tərəf "Roma" olub.

İtaliyanın turnirdəki digər təmsilçisi "Atalanta" səfərdə "Liverpul"a böyük hesabla qalib gəlib.

"Benfika" isə "Marsel"i məğlub yola salıb.

"Milan" (İtaliya) - "Roma" (İtaliya) - 0:1

Qol: Canluka Mançini, 17

"Bayer" (Almaniya) - "Vest Hem" (İngiltərə) - 2:0

Qollar: Yonas Hofmann, 83, Viktor Bonifeys, 90+1

"Benfika" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1

Qollar: Rafa Silva, 16 (1:0), Anxel Di Maria, 52 (2:0), Pier-Emerik Obameyanq, 67 (2:1)

"Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya) - 0:3

Qollar: Canluka Skamakka, 38, 60, Mario Paşaliç, 83

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU