
Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer 04" Leverkuzendə "Vest Hem"i sınağa çəkəcək.
İtaliyada yerli “Milan” ilə “Roma” münasibətləri aydınlaşdıracaqlar. “Liverpul” doğma meydanda “Atalanta”nı sınağa çəkəcəksə, "Marsel" Portuqaliyada "Benfika”nın qonağı olacaq.
11 aprel
23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə)
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)
1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.