Azərbaycanlı teleaparıcı: "Əgər belə davam edərsə…" - VİDEO

16 Mart 2023 17:40 Avropa Liqası 517
Azərbaycanlı teleaparıcı: "Əgər belə davam edərsə…" - VİDEO

"Fənərbağça" bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyununa çıxacaq. İstanbul klubu İspaniyada 0:2 hesabı ilə uduzduğu "Sevilya"nı qəbul edəcək.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov "Fənər"in bu oyunda geridönüş etmə potensialını dəyərləndirob.

Tanınmış telejurnalist ilk 30 dəqiqə amilinə toxunub:

"Bu mövsüm "Fənərbağça" 5-li müdafiə xətti ilə çıxdığı bütün vacib qarşılaşmalarda həm oyun, həm də qol epizodları vermək adına ciddi problemlərlə üzləşib.

Komandanın çalışdırıcısı Jorje Jezuş inadından dönməlidir, 4-4-2 formatına keçməlidir.

Valensiya- Batşuayi tandeminin uğurlu olduğunu dəfələrlə görmüşük. Sürprizə, yeni Amerika kəşf etməyə gərək yoxdur.

İlk 30 dəqiqədə, xüsusilə qapısından top buraxmamaq şərti ilə ilk hissədə qol vurmaq mütləqdir.

Əgər ssenari belə davam edərsə, azarkeşlərin yaratdığı sinerji ilə növbəti tarix yazıla bilər".

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti