"Ferentsvaroş" Avroliqanın pley-offunda bu klubla düşdü

10 Avqust 2022 02:00 Avropa Liqası 1 725
"Ferentsvaroş" Avroliqanın pley-offunda bu klubla düşdü

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

Şimali Makedoniya "Şkupi"si evdə İrlandiyanın "Şemrok Rovers" klubunu sınağa çəkib.

Dublindəki ilk matçda 3:1 hesablı qələbə qazanan "Şemrok Rovers" cavab görüşündə də 2:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.

Komanda Avroliqanın pley-offunda ÇL-in 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzan "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq.

9 avqust

"Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya) - 1:2

Qol: Qaffnet, 65 (0:1), Emakhu, 84 (0:2), Adetunji, 90+4 (1:2)

İlk oyun - 1:3

Digər Xəbərlər
Xəbər Lenti