"Bu, hədsiz pisdir və utancvericidir! Bundan sonra daha sərt olmalıyıq"

16 Aprel 2022 15:40 Avropa Liqası 1 350
"Bu, hədsiz pisdir və utancvericidir! Bundan sonra daha sərt olmalıyıq"

“Barselona”nın prezidenti Xuan Laporta Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Ayntraxt”ın “Kamp Nou”ya çoxlu azarkeşlə gəlməsinə görə narazılıq edib.

Sportinfo.az xəbər verir ki, o, bu hadisəni biabırçılıq adlandırıb:

“Bu, təkrarlanması mümkün olmayan biabırçılıqdır. Baş verənlərlə bağlı məlumatımız var. Bu, hədsiz pisdir və utancvericidir.

Bundan sonra daha sərt olmalıyıq. Alınan məlumatları təhlil etdikdən sonra tədbir görəcəyik. “Barselona” azarkeşi kimi gördüklərimdən utanıram.

Digər komandanın çoxlu azarkeşlərini gördüm və baş verənlərə görə çox təəssüflənirəm. Mən utandım. Bu, baş verməməli olan bir vəziyyət idi.

“Barselona” – “Ayntraxt”a 2:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR