Millimizin üzvü ayı bəsləyir: “Verdiyimiz pulu geri qaytardılar” – VİDEO+FOTOLAR

9 Noyabr 2021 21:20 Avropa Liqası 3 288
Millimizin üzvü ayı bəsləyir: “Verdiyimiz pulu geri qaytardılar” – VİDEO+FOTOLAR

“Pandemiyaya görə voleybol çempionatı keçirilmir, ona görə də hazırda idmanda deyiləm.

Yalnız fərdi məşqlə kifayətlənirəm. Dostum brakonyerlərə qarşı heyvanların mühafizəsi ilə məşğuldur. Mən də hazırda ona könüllü şəkildə kömək edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a kişilərdən ibarət voleybol millimizin üzvü Elmin Alışanov deyib.

Elmin hazırda Mərdəkan qəsəbəsində fəaliyyət göstərən sığanacaqda sahibsiz heyvanların mühafizəsi ilə məşğuldur. O, “Barni” adı verilmiş ayı ilə görüntülərini paylaşıb.

Alışanov bu barədə danışıb: “Hazırda fəaliyyətimi könüllü şəkildə heyvansevərliyə ayırmışam. İtlərin və bizdə olan ayının qidalanması ilə məşğulam.

Bu ayı balasını brakonyerlər satırdı. Onda iki aylıq olardı. Bizə xəbər verdilər ki, belə bir ayı satırlar. Anası ölmüşdü və ya ondan ayırmışdılar – bunu dəqiq bilmirəm. Biz 2500 manata onu aldıq. Ancaq eyni zamanda bunu satanlar barədə lazımi orqanlara məlumat verdik. Həmin adamlar tutuldu. Verdiyimiz pulu geri qaytardılar”.

Elmin Alışanovun sözlərinə görə, tezliklə “Barni” Rumıniyanın Rışnov şəhərində fəaliyyət göstərən ayıların reabilitasiya mərkəzinə aparılacaq:

“İndi bu ayı 8-9 aylıqdır. Yaşı sərbəst yaşamağa imkan verdiyindən onu Rumıniyaya reabilitasiya məqsədi ilə aparacaqlar. Orada ayılar üçün şərait var. Bura tülkü, canavar, qartal, şahin kimi yaralı yırtıcı quş və heyvanlar gətiriləndə onlar burada müalicə olunur, daha sonra Altıağaca aparılır. Sahibsiz itlərə isə burada baxırıq”.

Digər Xəbərlər
Xəbər Lenti