Ağdam yolu minalardan belə təmizlənir - FOTOLAR

27 Noyabr 2020 23:50 Araşdırma 903
Ağdam yolu minalardan belə təmizlənir - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında minatəmizləmə əməliyyatını həyata keçirir.

ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib.

Mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.

Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq.

Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək.



Digər Xəbərlər
Xəbər Lenti