Azərbaycan klubu niyə son anda Maradonadan imtina edib?

27 Noyabr 2020 13:00 Araşdırma 1 128
Azərbaycan klubu niyə son anda Maradonadan imtina edib?

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona bu gün Buenos-Ayres yaxınlığında dəfn edilib.

Onun məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.

Noyabrın 25-də ürək tutmasından dünyasını dəyişən dahi futbolçunun ölümü ilə əlaqədar olaraq Argentinada 3 günlük matəm elan edilib.

Vida mərasimindən əvvəl azarkeşlərlə polis arasında toqquşma baş verib. Bəzi fanatlar izdihamı dağıtmağa və yürüşü pozmağa cəhd göstərib.

Onlar Maradonanın meyitinin olduğu Buenos-Ayresdəki Kasa Rosad prezident sarayına girməyə çalışıblar. Bəzi azarkeşlərin polis məmurları ilə toqquşduqları bildirilir. Onlardan bəziləri hasarları sındırıb.

Veteran futbolçu ölümündən bir neçə ay öncə yazılı vəsiyyətində cəsədinin mumiyalanmasını xahiş edib. Ölümdən qorxduğunu etiraf edən əfsanəvi oyunçu cəsədinin uzun illər saxlanılmasını istəyib.

Bir neçə gün öncə də beyin əməliyyatı keçirmiş Maradona son olaraq Argentinada "Ximnasiya və Esqrima"ya başçılıq edirdi.

Futbolçu karyerasında ölkəsinin "Arxentinos Xuniors", "Boka Xuniors", "Nyuell Old Boyz", İspaniyanın "Barselona", "Sevilya" və İtaliyanın "Napoli" komandalarının formasını geyinmiş forvardın klub yarışları səviyyəsində əsas uğuru məhz Neapol təmsilçisi ilə bağlıdır.

Yığmada 91 oyun keçirmiş Maradona 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub..

2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib. Ötən illər ərzində Qətərdən tutmuş ta Belarusa kimi bir çox ölkələrdə işləmiş cənubi amerikalı ulduzun Azərbaycana gəlmək variantı da olub.

Belə ki, 2013-ci ilin yayında bir qrup avropalı menecer onun xidmətlərini "Bakı"ya təklif edib. Hətta onlar bu məqsədlə klubun prezidenti Hafiz Məmmədovla görüşüb.

Xarici agentlər illik 1 milyon avro qarşılığında bu tarixi təyinatın reallaşacağını bildirib. Amma Maradonanın "Bakı"ya avrokuboklarda uğur qazandıracağını söz verməyiblər. Bu üzdən tərəflərin danışıqları nəticəsiz qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda