Temperatur iqlim normasından yüksək olub - Faktiki hava

12 Avqust 2023 15:30 Araşdırma 1 210
Temperatur iqlim normasından yüksək olub -  Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək,

Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”