Bu gün səhər baş verən zəlzələ neçə saniyə çəkib?

7 Dekabr 2023 16:50 Araşdırma 1 069
Bu gün səhər baş verən zəlzələ neçə saniyə çəkib?

“Bugünkü zəlzələnin davamiyyəti 51 saniyə çəkib. Hiss olunma prosesi 47 saniyəyə yaxın olub”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, əhalini təşvişə düşməməyə çağırıb: “Bu, güclü zəlzələ deyil. Bəzi yerlərdə 5-6-cı mərtəbələrdə hiss olunmayıb.

Biz ötən dəfə zəlzələ olanda da əhaliyə deyirdik ki, evinizə gedin, rahat olun. Bunu fala baxıb demirdik, bunların hamısı tərəfimizdən hesablanırdı”.

Bu gün səhər saat 08:15-də Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bakıda və şimal rayonlarında hiss olunub.

Digər Xəbərlər
Xəbər Lenti