“Qarabağ”da kim olacaq, kim olmayacaq? - Ümumilikdə 11 nəfər...

9 Aprel 20:40 Araşdırma 2 473
“Qarabağ”da kim olacaq, kim olmayacaq? - Ümumilikdə 11 nəfər...

Premyer Liqanın 27-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq qarşılaşmaları 11 nəfər kənardan izləyəcək.

Onlardan 5-i məşqçi, 6-sı futbolçudur.

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko, “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov, Zaur Tağızadə və Daniel Lima De Kastro, “Sabah”ın məşqçisi Valerio Zuddas texniki zonada yer ala bilməyəcəklər.

“Kəpəz”in kapitanı Dioqo Verdaska, “İmişli”nin hücumçusu Dioqo Almeyda, “Turan Tovuz”un “ürəyi” Alexandro Serrano, “Araz-Naxçıvan”ın müdafiəçisi Urfan Abbasov və “Şamaxı”nın legionerləri Karim Rossi ilə Dioqo Balaunun 27-ci turda meydana çıxmaları qadağan olunub.

Buna səbəb adıçəkilən məşqçi və futbolçuların cəzalı duruma düşməsidir. Bəziləri qırmızı vərəqə alıb, bir neçəsi sarı vərəqə limitini doldurub.

Aprelin 10-da “Karvan-Yevlax” – “Kəpəz”, bir gün sonra “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Zirə”, “Neftçi” – “Araz-Naxçıvan”, sonuncu oyun günündə, yəni aprelin 12-də “Qəbələ” – “İmişli”, “Turan Tovuz” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var