"Qurban Qurbanov “Qarabağ”ı tərk etsə..."

16 Noyabr 2024 09:20 Araşdırma 5 869
"Qurban Qurbanov “Qarabağ”ı tərk etsə..."

“Hazırda AFFA-da işlənib hazırlanan yeni strategiya AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin irəli sürdüyü baxışlara əsaslanır.

Müəyyən bir qismini Rövşən Nəcəf 2 aprel, 2024-cü il tarixində AFFA-nın Hesabat-Seçki Konfransında da səsləndirmişdi.

Əlavə olaraq, sözügedən strategiyada AFFA İcraiyyə Komitəsinin üzvləri və ümumi olaraq futbol ictimaiyyətinin də məqsədəuyğun fikirləri nəzərə alınacaq”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov səsləndirib.

O, sports.az-da yayımlanan müsahibəsində deyib ki, yeni strategiyanın bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı və geniş müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

B.Qasımov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova niyə milli komandanın baş məşqçisi vəzifəsinin təklif olunmadığı haqda sual da ünvanlanıb. O, bununla bağlı bildirib:

“Bu sual mənə verilibsə, yəqin ki, nəyə görə Qurban Qurbanovun namizədliyinin şəxsən mənim tərəfimdən irəli sürülməməsindən söhbət gedir.

İlk növbədə, qeyd edim ki, Qurban Qurbanova böyük hörmətim var və o bu məsələdə mövqeyimi yaxşı bilir. Milli komandanın davamlı uğurlarının əldə olunması üçün çox vaxt lazımdır.

Artıq qeyd etdiyim kimi, Qurban Qurbanov “Qarabağ”ı tərk etsə, bu, “Qarabağ” üçün böyük itki ola bilər.

Düşünürəm ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək uğurlar qazanması çox vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”