Vatsap daha bir yeni funksiyanı sınaqdan keçirir

13 İyul 2024 07:20 Araşdırma 1 092
Vatsap daha bir yeni funksiyanı sınaqdan keçirir

Vatsap tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasını sınaqdan keçirirlər.

Yenilik artıq “Android” üçün vatsapın 2.24.15.5 nömrəli beta versiyasındasınaqdan keçirilib.

Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər.

Lakin bu, yenilik əlavə məlumat paketinin yüklənməsini tələb edəcək.

Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları şirkətin serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.

Yeniliyin “Android” və “iOS” sistemlərində nə vaxt əlçatan olacağı hələlik açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var