Premyer Liqanın vacib oyunlarında 9 nəfərə “STOP” qoyuldu - ADLAR

17 Aprel 16:40 Araşdırma 3 197
Premyer Liqanın vacib oyunlarında 9 nəfərə “STOP” qoyuldu - ADLAR

Premyer Liqanın 28-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

9 nəfər qarşıdakı oyunları kənardan izləyəcək.

Onlardan 6-sı futbolçu, 3-ü məşqçidir.

“Qarabağ” – “Sabah” qarşılaşmasında münaqişə yaşayan Valerio Zuddasla ("Sabah") Müşfiq Hüseynov və Elçin Rəhmanov (hər ikisi “Qarabağ”) hələ də verilmiş cəzanı başa vurmadıqları üçün texniki zonada yer ala bilməyəcəklər.

Futbolçulardan Dioqo Balau, Rikardo Fernandes (hər ikisi “Şamaxı”), Ehtiram Şahverdiyev ("Kəpəz"), Umarali Raxmonaliyev ("Sabah"), İsaak Amoah ("Qəbələ"), Danilo Beskorovaynyi ("Sumqayıt") meydana çıxa bilməyəcək.

Adları çəkilənlər qırmızı vərəqə aldığına və sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb.

Aprelin 17-də “Araz-Naxçıvan” – “Turan Tovuz”, “Zirə” – “Neftçi”, bir gün sonra “Karvan-Yevlax” – “Şamaxı”, “Qarabağ” – “Sabah”, aprelin 19-da “Kəpəz” – “İmişli”, “Sumqayıt” – “Qəbələ” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var