Vacib xəbər - Kommunal qiymətlər BAHALAŞIR?

16 Aprel 07:30 Araşdırma 787
Vacib xəbər - Kommunal qiymətlər BAHALAŞIR?

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub.

Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.

Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunduğunu bildirib.

Onun sözlərinə görə, dünyada baş verən proseslərin ölkədaxili tariflərə birbaşa təsiri mümkün deyil.

"Enerji qiymətlərinin artması dünya üçün problem olsa da, Azərbaycana əksinə üstünlükdür. Çünki ölkə enerji ixracatçısıdır və neft-qaz satışından əlavə valyuta gəlirləri əldə edir. Bu baxımdan, qlobal qiymət artımlarını əsas gətirərək ölkə daxilində kommunal tariflərin bahalaşdırılması doğru yanaşma deyil".

Natiq Cəfərli hesab edir ki, mövcud şəraitdə Azərbaycanda kommunal xidmətlərin qiymətlərinin artırılması üçün iqtisadi zərurət yoxdur:

"Bu, inzibati qərardır və istənilən vaxt belə sərəncam verilə bilər. Amma hazırda enerji qiymətlərinin artması fonunda ölkə daxilində tariflərin yüksəldilməsi üçün əsas görünmür".

Beləliklə, qlobal enerji bazarlarında baş verən bahalaşmalar bir çox ölkələr üçün qaçılmaz nəticələr doğursa da, Azərbaycanın enerji ixracatçısı mövqeyi bu təsirləri minimuma endirir. Lakin son qərarın inzibati xarakter daşıması qiymətlərin gələcək taleyini yenə də açıq sual olaraq saxlayır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var