Bu il 4 yeni metro stansiyasının tikintisinə başlanılacaq

12 Aprel 08:10 Araşdırma 2 286
Bu il 4 yeni metro stansiyasının tikintisinə başlanılacaq

“Bakı Metropoliteni” paytaxtda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində Yaşıl xəttin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Bu barədə jurnalistlərə açıqlamasında qurumun tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, layihənin maliyyələşdirilməsi üçün Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları vəsait ayrılıb.

M. Rzayevin sözlərinə görə, ayrılmış maliyyə hesabına Yaşıl xətt üzrə dörd yeni metro stansiyasının inşası planlaşdırılır: “Bu stansiyalar mövcud xəttin davamı kimi paytaxtın şimal və şimal-qərb istiqamətlərində, o cümlədən Dərnəgül stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək.

Layihə yeni salınan və sürətlə genişlənən yaşayış massivlərinin metro şəbəkəsinə qoşulmasına, eyni zamanda nəqliyyat sıxlığının azalmasına imkan yaradacaq. Layihə üzrə tender prosedurlarının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur və nəticələr ictimaiyyətə açıqlanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var