Onlıar iki pensiya ala biləcək

8 Aprel 07:50 Araşdırma 681
Onlıar iki pensiya ala biləcək

Rusiyada “bir nəfər - bir pensiya” prinsipi tətbiq olunsa da, bəzi kateqoriyalara aid vətəndaşlar üçün istisnalar mövcuddur.

Bu barədə deputat Aleksey Qovırin “Lenta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərbi travma nəticəsində əlil olan şəxslər eyni anda iki pensiya ala bilirlər. Belə ki, onlar güc strukturları vasitəsilə əlilliyə görə dövlət pensiyası ilə yanaşı, kifayət qədər iş stajı olduqda yaşa görə sığorta pensiyası da əldə edə bilirlər.

Eyni mexanizm müqavilə əsasında xidmət etmiş hərbçilərə, həlak olmuş hərbçilərin valideynlərinə, kosmonavtların ailələrinə, Böyük Vətən müharibəsi iştirakçılarına, radiasiya və texnogen qəzaların, o cümlədən Çernobıl hadisəsinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərə, DİN, FSİN, FSB əməkdaşları və müəyyən şərtlər daxilində dövlət qulluqçularına şamil olunur.

İkinci pensiyanın rəsmiləşdirilməsi üçün vətəndaşlar Sosial Müdafiə Fonduna müraciət etməli və müvafiq sənədlərlə hüquqlarını təsdiqlətməlidirlər. Bəzi hallarda isə qanun alternativ təqdim etdikdə vətəndaş iki ödənişdən birini seçə bilər.

Mütəxəssislər yaşa görə pensiya üçün müraciətin pensiya yaşına çatmadan təxminən bir ay əvvəl edilməsini tövsiyə edirlər.

Pensiyaya çıxdıqdan sonra işləməyə davam etmək mümkündür - qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var