Yenidən maaş artımı gözlənilir - Kimləri əhatə edəcək?

7 Aprel 07:40 Araşdırma 1 573
Yenidən maaş artımı gözlənilir - Kimləri əhatə edəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yeni dəyişiklikləri şərh edib.

Millət vəkili bildirib ki, dəyişiklik qadınlarla kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır:

“Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir. Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var