Ronaldo və Messi buradan milyonlar qazandı - VİDEO

5 Aprel 17:20 Araşdırma 601
Ronaldo və Messi buradan milyonlar qazandı - VİDEO

Dünyaca məşhur oyuncaq brendi LEGO-nun yeni reklam kampaniyasında Kriştiano Ronaldo, Lionel Messi, Kilian Mbappe və Vinisius bir araya gətirilib.

Sportinfo.az xəbər verir ki, reklam yayımlandığı andan sosial mediada milyonlarla baxış sayı toplayaraq geniş maraq oyadıb.

Lakin reklamın arxa planı üzə çıxan zaman izləyicilər təəccüblənib. Məlum olub ki, videoda görünən futbolçular, əslində, çəkilişdə iştirak etməyib, onların rollarını dublyorlar yerinə yetirib.

Bu detala görə kampaniya sosial mediada yeni müzakirələrə səbəb olub. Ulduz futbolçuların görüntüləri ikili hərəkətlər və xüsusi montaj vasitəsilə yaradılıb, amma bununla belə reklam böyük maraq və bəyənmə toplayıb.

Reklamın sosial media yayımları üçün futbolçulara ödənilən məbləğlər də məlum olub.

Belə ki, Kriştiano Ronaldo bu reklamı yayımlamaqla 3,430,000 dollar, Lionel Messi 2,590,000 dollar, Kilian Mbappe 852,000 dollar, Vinisius isə 325 000 dollar qazanıb.

Kampaniya nəticəsində Ronaldo, Mbappe, Vinisius və FIFA reklamı birlikdə paylaşaraq 13 milyon bəyənmə əldə edib, Messi isə tək paylaşım ilə 19 milyon bəyənmə toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var