Azərbaycanda pensiyalar yenə artacaq?

4 Aprel 07:50 Araşdırma 562
Azərbaycanda pensiyalar yenə artacaq?

2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib.

Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib.

Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub.

Pensiya məbləğindən asılı olaraq vətəndaşların aylıq gəlirində orta hesabla 40–50 manat artım qeydə alınıb. Məsələn, 500 manat civarında pensiya alan şəxslərin aylıq ödənişində təxminən 45 manat artım müşahidə olunur.

Bununla yanaşı, artım bütün növ əmək pensiyalarını əhatə edir. Ölkə rəsmiləri bunu əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan növbəti uğurlu addım kimi qiymətləndirirlər.

Son artımlardan sonra ölkədə orta aylıq pensiya məbləği 580 manatdan çoxdur. Yaşa görə pensiya alan vətəndaşlar üçün isə bu göstərici daha yüksəkdir.

Bəs pensiyalar yenə arta bilərmi?

ABŞ-İsrail-İran müharibəsinin fonunda neftin qiymətinin kəskin artması bu ehtimalı yenidən gündəmə gətirib.

Ekspert A.Zeynalov saytımıza açıqlamasında hazırda bu məsələnin gündəmdə olmadığını bildirib: “Müharibə uzun müddət davam etsə və neftin qiyməti bir qədər də bahalaşsa, bu məsələ ilin ikinci yarısında müzakirə oluna bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var