Hələ beləsi olmamışdı – 6 nəfər cəzalı duruma düşdü, onlardan 5-i...

20:40 Araşdırma 135
Hələ beləsi olmamışdı – 6 nəfər cəzalı duruma düşdü, onlardan 5-i...

Premyer Liqanın 26-cı turu bəzi məşqçilər və futbolçu üçün tamaşa meydanı olacaq.

Növbəti futbol həftəsində 6 nəfər kənarda qalacaq.

Hər nə qədər qəribə səslənsə də, cəzalanan şəxslərdən 5-i məşqçi və cəmi 1 nəfər futbolçudur.

Belə hal Azərbaycan futbolunda ilk dəfə yaşanır. Yəni bir turda 5 məşqçinin cəzalı duruma düşüb, onlardan yalnız 1-nin futbolçu olması görünməmiş hadisədir.

Kimdir onlar?

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, “Sabah”ın məşqçisi Valerio Zuddas, “Qarabağ”da Qurban Qurbanovun sağ və sol əli Müşfiq Hüseynovla Zaur Tağızadə, “Qəbələ”nin məşqçisi Georgi Çixradze və “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Junior Martins.

Adları çəkilənlərin hər biri sarı vərəqə limitini doldurduğuna və “Qarabağ” – “Sabah” matçındakı davaya görə cəzalı duruma düşüb.

Aprelin 5-də “Kəpəz” – “Qəbələ”, “Sumqayıt” – “Neftçi”, bir gün sonra “Qarabağ” – “Karvan-Yevlax”, aprelin 7-də “İmişli” – “Turan Tovuz”, “Zirə” – “Şamaxı”, “Araz-Naxçıvan” – “Sabah” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti