Bir baş məşqçi, bir məşqçi və bir futbolçu - Kubok oyunlarına buraxılmayacaq

2 Aprel 16:40 Araşdırma 647
Bir baş məşqçi, bir məşqçi və bir futbolçu - Kubok oyunlarına buraxılmayacaq

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə Azərbaycan kubokunun matçları ilə başa çatacaq.

Aprelin 2-də yarımfinal mərhələsi çərçivəsində iki oyun baş tutacaq.

Bir baş məşqçi, bir məşqçi və bir futbolçu vacib matçları kənardan izləyəcək.

Bunlar “Turan Tovuz”un çalışdırıcısı Kurban Berdıyev, “Zirə”də Rəşad Sadıqovun köməkçisi Əfran İsmayılov və “Sabah”ın braziliyalı müdafiəçisi İqor Noqeyrodur.

Adları çəkilənlərdən ilk nəfər daha öncə qırmızı vərəqə alıbsa, Noqeyro sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.

Aprelin 2-də saat 17:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan Tovuz” - “Zirə”, həmin gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Sabah” oyunları başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var