"Qarabağ" 5000 manatı buna görə AFFA-ya verəcək

25 Sentyabr 2025 16:20 Araşdırma 1 060
"Qarabağ" 5000 manatı buna görə AFFA-ya verəcək

AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan"ı cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Premyer Liqada V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 28-ci dəqiqəsində birincilərin müdafiəçisi Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. "Araz-Naxçıvan" 500 manat cərimə edilib.

Matçın 60-cı dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat “tərləyib” (maddə 52.5).

"Sabah" – "Turan Tovuz" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Masazır klubu 2000 manat ödəməli olacaq (maddə 99, 94, 57.2).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!