COP29

Hər gün içmək yaddaşı 10 il cavanlaşdırır - Bu bitkini

7 Noyabr 07:40 Araşdırma 323
Hər gün içmək yaddaşı 10 il cavanlaşdırır - Bu bitkini

Beyin sağlamlığı özü ilə sağlam həyat gətirir. Pis yaddaş hətta gündəlik funksiyalara mane ola bilər.

Sizin üçün araşdırdığımız bibəriyə çayı yaddaşı dəstəkləyir, zehni ayıqlığı təmin edir və yaddaşı 10 il cavanlaşdırır.

Bibəriyənin tərkibində A, B1, B6, B9, C vitaminləri, maqnezium, kalsium, manqan və dəmir var. Həmçinin bakterial infeksiyalara qarşı təsirlidir.

Bu bitki yaşlanma ilə əlaqədar yaranan zehni problemlərə qarşı təsirlidir və unutqanlıq problemini azaltmağa kömək edə bilər. Yaddaş performansını və konsentrasiyanı artırır.

Araşdırmaya görə, bibəriyənin beyinə qan axını dəstəkləyən fermentləri stimullaşdırdığı qənaətinə gəlinib.

Yatmazdan bir neçə saat əvvəl bibəriyə çayı içmək yuxu problemlərini aradan qaldırmağa kömək edə bilər. Gündə 3 stəkan içmək olar. Maddələr mübadiləsini sürətləndirici təsiri sayəsində diyeta proqramlarında da istehlak edilə bilər.

Bibəriyə çayı antiseptik xüsusiyyətlərə malikdir. Buna görə də boğazda, ağızda yaraların və qıcıqlanmaların sağalmasına, həmçinin qəbizlik və həzmsizlik kimi problemlərin aradan qaldırılmasına kömək edir.

İstehlak edilən yağlı qidaların həzmini asanlaşdıra bilər.

Antioksidant xüsusiyyətlərə malikdir, beləliklə, ödemi və sidikqovucuları aradan qaldırır.

Bibəriyə çayı sinir sisteminin normal fəaliyyətində təsirli olur və stresin asan idarə olunmasını təmin edir.

Bu çayın tərkibindəki vitaminlər immuniteti gücləndirir.

Tərkibindəki bəzi maddələr xərçəng hüceyrələrinin böyüməsinin və yayılmasının qarşısını almağa kömək edir.

Qan dövranını yaxşılaşdıraraq ürək xəstəlikləri riskini azaltmaqda təsirli olur.

Miqren ağrısına və oynaq, əzələ problemlərinin mənfi təsirlərini azaltmağa kömək edir.

Bibəriyə çayı antioksidan xüsusiyyətləri sayəsində dəri sağlamlığı üçün də faydalıdır. Dərini sərbəst radikalların zərərindən qoruyur.

Bibəriyə çayının hazırlanması:

1 stəkan su qaynadıldıqdan sonra 1 çay qaşığı qurudulmuş bibəriyə əlavə edilir. 10 dəqiqə dəm aldıqdan sonra içilə bilər. İstəyə uyğun olaraq bal və limon dilimləri əlavə edilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti