Azərbaycanda qapılar bu şəxslərin üzünə bağlandı - 4 futbolçu, 1 məşqçi

28 Oktyabr 2024 19:40 Araşdırma 2 261
Azərbaycanda qapılar bu şəxslərin üzünə bağlandı - 4 futbolçu, 1 məşqçi

28-31 oktyabr tarixləri aralığında Azərbaycan kubokunda II təsnifat mərhələsinin oyunları keçiriləcək.

Dörd oyun günündə baş tutacaq 11 oyun dörd futbolçu və bir məşqçi üçün tamaşa meydanı olacaq.

Belə ki, “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi olan Cavid Hüseynov hələ də cəzalıdır.

“Kərvan”dan Bəhruz Teymurov, “Zaqatala”dan Roini İsmayılov, “Mingəçevir”dən Elmin Bayramov, “Difai”dən Seymur Rəhimov vərəqə cəzalısı olduqlarına görə forma geyinməkdən məhrumdurlar.

Oktyabrın 28-də “Turan Tovuz” – “Hypers”, ayın 29-da MOİK – “Şimal”, “Şahdağ Qusar” – “Araz-Naxçıvan”, “Ağdaş” – “Kəpəz”, “Dinamo” – “Səbail”, bir gün sonra “Mingəçevir” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Karvan”, “Şamaxı” – “Şəmkir”, “Şəfa” – “Difai”, oktyabrın sonuncu günündə “İmişli” – “Cəbrayıl” və “Qəbələ” – “Baku Sportinq” duelləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti