"Nürnberq""in azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqada yüksək sürət nümayiş etdirən ikinci hücumameyilli futbolçu olub.
Sportinfo.az xəbər verir ki, milli üzvünün maksimal sürəti 8-ci turda "Proyssen"ə qarşı keçirdikləri matçda (3:2) qeydə alınıb.
Emreli sözügedən qarşılaşmada 33,8 km/s sürət hədinə çatıb.
Mahir 9-cu turda “Qroyter”lə derbi matçda (4:0) 2-ci Bundesliqada qol hesabını açıb.

