COP29

Qarabağda İŞ VAR!

28 May 20:30 Araşdırma 503
Qarabağda İŞ VAR!

2024-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yeri yaradılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artıb. Belə ki, 2023-ci il I rübündə işğaldan azad edilmiş rayonlarda 101 yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində ən çox yeni iş yeri Laçın və Cəbrayılda yaradılıb. Belə ki, hesabat dövründə Laçında 152, Cəbrayılda isə 32 yeni iş yerləri yaradılıb.

Hesabat dövründə azad edilmiş rayonlarda 54 yeni müəssisə və təşkilat yaradılıb.

Aşağıdakı cədvəldə 2023-ci ilin I rübündə və 2024-cü ilin I rübündə yeni yaradılmış iş yerlərinin sayı verilib:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!