Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

27 May 2024 18:30 Araşdırma 868
Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 28-29-30-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM