COP29

Arayikin yeri bilindi - Keçmiş xunta başçısı hansı şəhərdə gizlənir?

1 Oktyabr 2023 03:10 Araşdırma 2 251
Arayikin yeri bilindi - Keçmiş xunta başçısı hansı şəhərdə gizlənir?

Qarabağda hələ də “dövlət məmurları” və “hərbçilər” qalmaqda davam edir.

Bu barədə “Hraparak” məlumat yayıb.

Qəzet yazır ki, hazırda ləğv edilmiş qondarma rejimin keçmiş “rəhbərlər”i Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan Qarabağdadır. Onların özlərini cəmiyyətdən tamamilə təcrid etdiyi və Xankəndidə heç kimə bəlli olmayan ünvanda gizləndikləri bildirilir.

Bundan başqa, separatçı-terrorçu silahlı qruplaşmanın keçmiş komandanları, “deputatlar”, separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma “hökumətin” bütün üzvləri də Qarabağda qalıblar.

Xatırladaq ki, tanınmamış “DQR”in yeni “prezident”i Samvel Şahramanyan bu gün imzaladığı “fərman”la qondarma rejimin yanvarın 1-nə qədər özünü buraxacağını elan edib.

Qeyd edək ki, separatçı xuntanın bir sıra üzvləri Azərbaycan tərəfindən axtarışdadır və onların məsuliyyətə cəlb edilməsi prosesi davam edir.

Belə ki, ötən gün Ruben Vardanyanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindəbn həbs olunaraq, Bakıya gətirilməsi Xankəndi və ətraf ərazilərdə qapana qısılan separatçılar arasında rezonans doğurub.

Qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın İrəvana qaçmasından sonra digər separatçılar da bölgəni tərk etmək niyyətindədirlər.

Hazırda Xankəndi-Laçın yolunda ərazini könüllü tərk edən sıravi ermənilərin yaratdığı genişmiqyaslı avtomobil karvanı peyk görüntülərindən müşahidə olunmaqdadır.

Xəbər Lenti