COP29

İntizam işi açıldı, 4 futbolçu ilə bağlı araşdırma başlandı

6 Dekabr 2022 01:40 Araşdırma 411
İntizam işi açıldı, 4 futbolçu ilə bağlı araşdırma başlandı

FIFA Uruqvay Futbol Federasiyası və 4 futbolçu ilə bağlı araşdırma başladıb.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu ölkənin federasiyası və millinin üzvləri Fernando Muslera, Edinson Kavani, Xose Ximenes və Dieqo Qodinlə bağlı intizam işi açıb.

Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Buna səbəb futbolçuların DÇ-2022-nin qrup mərhələsinin Qana ilə matçından sonra baş hakim Daniel Zibertə qarşı kobud davranışları səbəb olub.

Bundan əlavə Edinson Kavani matçdan sonra paltardəyişmə otağına gedərkən VAR monitorunu əli ilə aşırıb.

Uruqvay DÇ-2022-nin H qrupunda 4 xal toplayıb və mundialla vidalaşıb.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"