Bakıda yeni tikiləcək 9 metrostansiyanın ÜNVANLARI BİLİNDİ- NZS, "Nargilə kafesi"... VİDEO

30 Noyabr 2022 12:30 Araşdırma 781
Bakıda yeni tikiləcək 9 metrostansiyanın ÜNVANLARI BİLİNDİ- NZS, "Nargilə kafesi"... VİDEO

"Bakı Metropoliteni tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Bunlardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında inşa olunacaq".

Bu barədə atv səhər-ə danışan Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, 2 stansiya Ziya Bünyadov prospektindən, 3-cü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın tikiləcək:

“Xətai” stansiyasından sonra Ağ şəhər kimi böyük layihəmiz var. Eyni zamanda NZS adlanan qəsəbəyə doğru - 8 noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyanın inşası nəzərdə tutulur".

Digər Xəbərlər
Xəbər Lenti