UEFA "Fənərbaxça"nın cəzasını açıqladı - Putin şüarına görə

6 Avqust 2022 00:00 Araşdırma 823
UEFA "Fənərbaxça"nın cəzasını açıqladı - Putin şüarına görə

UEFA Kiyev "Dinamo"su ilə matçda baş verənlərə görə "Fənərbaxça"nı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin avrokuboklarda növbəti ev oyununda 5000 oturacaq boş qalmalıdır.

Bundan əlavə "sarı-lacivərtlilər" 50 min avro məbləğində cərimə edilib.

Çempionlar Liqası II təsnifat mərhələsinin "Fənərbaxça" - Dinamo" görüşündə Ukrayna klubunun qələbə qolundan sonra ev sahiblərinin azarkeşləri "Vladimir Putin" şüarları səsləndirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!