Qurban Qurbanovun başına gələn ŞOK HADİSƏLƏR!

26 İyun 2022 20:00 Araşdırma 1 902
Qurban Qurbanovun başına gələn ŞOK HADİSƏLƏR!

Rusiyanın köklü klublarından olan “Fakel” bu il 75 illik yubileyini qeyd edir.

1947-ci ildə yaranan Voronej təmsilçisinin azərbaycanlı futbolsevərlərin yaddaşında önəmli izlər buraxır.

Ölkəmizin məşhur hücumçularından olmuş, illərdir məşqçi kimi “Qarabağ”la xarüqələr yaradan Qurban Qurbanov 1999-2001-ci illər aralığında “ağ-göylər”in şərəfini qoruyub ki, yerli azarkeşlər bu ad-soyadı hələ də xatırlayır.

Rusiyanın ən çox oxunan idman saytlarından olan sports.ru-da “Fakel”lə bağlı yubiley yazısı dərc olunub. Vaxtilə komandanın şərəfini qorumuş, məşçilik etmiş, klubda çalışmış şəxslər ötən illərlə bağlı xatirələrini bölüşüb, indiyə qədər sirr qalan bəzi gizlinlərin üstünü açıb.

“Fakel”in o vaxtlı mətbuat katibi Vladislav Semyonov Qurban Qurbanovun başına gəlmiş hadisəni nəql edib:

“Seleksiyaçı Aleksandr Zalojnıx komandaya təkcə Nenenkonun oynatdığı texniki futbola uyğun gələn oyunçuları yığmırdı. O, həm də nadir tapılan layiqli insanları cəlb edirdi.

Bir gün hücumçumuz Qurban Qurbanov azarkeşlərin suallarını cavablandırmaq üçün ayağı sınıq halda “Radio 101”ə gəlmişdi.

Tərslikdən həmin gün lift xarab olmuşdu və o, 10-cu mərtəbəyə qoltuq ağaclarının köməkliyi ilə bir ayağı üstə tullana-tullana qalxmışdı. Bilirdi ki, minlərlə insan onu mikrofon arxasında gözləyir.

Qurbanov 1999-cu ilin ikinci yarısında 12 oyunda vurduğu 8 qolla “Fakel”i əməlli-başlı gücləndirmişdi”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti