"Qarabağ"ın hücumçusu 4 nəfərdən biri oldu – UEFA-nın nəzərində

7 Dekabr 2021 12:40 Araşdırma 1 396
"Qarabağ"ın hücumçusu 4 nəfərdən biri oldu – UEFA-nın nəzərində

Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.

Sportinfo.az xəbər verir ki, onların arasında "Qarabağ"ın hücumçusu İbrahima Vadji də var.

"Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib" sualı ünvanlandığı postda 26 yaşlı hücumçu ilə yanaşı, Niderlandın AZ klubundan Yesper Karlsson, "Feyenoord"dan Brayan Linssen və Fransa "Renn"indən Marten Terye də yer alıb.

İbrahima Vadji "Qarabağ"ın "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının XIII tur oyununda dubl edib.

Karlsson və Linssen də seneqallı oyunçu kimi iki qol vurub, Terye isə het-trik müəllifi olub.

"Qarabağ" dekabrın 9-da Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti