Bu iki hakim niyə Premyer Liqaya təyinat almır? – Sən demə, ....

23 Sentyabr 2021 17:40 Araşdırma 1 160
Bu iki hakim niyə Premyer Liqaya təyinat almır? – Sən demə, ....

Azərbaycan Premyer Liqasının cari mövsümü üçün 10 baş hakimin adı təsdiqlənib.

Bunlar Əliyar Ağayev, Rauf Cabbarov, Elçin Məsiyev, İnqilab Məmmədov, Rəşad Əhmədov, Kamal Umudlu, Vüqar Həsənli, Rauf Allahverdiyev, Fərid Hacıyev və Rəvan Həmzəzadədir.

Adları çəkilənlərdən 8-i geridə qalan 4 turda meydanda varlığını göstərməyə imkan tapıb. Y

alnız Fəridlə Rəvan hələ ki, baş hakim kimi təyinat almayıb. Fərid gənc referilərdəndir deyə, Frits Stuxlik ona güvənmək üçün münasib vaxt gözləyir. Yaxın zamanda Hacıyevi meydanda əsas söz sahibi kimi görmək mümkün olacaq.

Əsas sual Rəvanla bağlıdır. Premyer Liqada böyük təcrübəsi olan ədalət təmsilçisinin cari mövsumda gözə dəyməməsinin səbəbi aldığı zədədir. Ayağındakı xəsarət onu bir müddətlik sevdiyi peşədən uzaq salıb. Sağalan kimi qayıdacaq.

Ötən mövsüm Premyer Liqa oyunlarını idarə edən daha 3 hakimlə bağlı durum fərqlidir. Orxan Məmmədovla Rəhim Həsənov karyerasını başa vurduğunu açıqlayıb.

Səbuhi Bayramov isə 2020/21 mövsümündə buraxdığı səhvlərin acısını çəkir. Stuxlik Bayramovu “ağıllanmaq üçün” Birinci Diviziona göndərib. Səbuhi ümidləri doğrultsa, çempionatın gedişində elitada görünə bilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"