“Qarabağ” və “Keşlə” – Bu gün kim udacaq, kim uduzacaq?

22 İyul 2021 19:20 Araşdırma 1 028
“Qarabağ” və “Keşlə” – Bu gün kim udacaq, kim uduzacaq?

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları Azərbaycan təmsilçiləri “Qarabağ” və “Keşlə”nin Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk matçların da favoritlərini müəyyənləşdirib.

Evdə “Aşdod”la (İsrail) üz-üzə gələcək Ağdam klubu matçın favoritdir. Bu gün Bakıda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,72, “Aşdod”un uğuru 4,38 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,440 əmsal verilib.

“Keşlə” isə “Soçi” (Rusiya) ilə səfər görüşündə şanssız hesab olunur. Rusiya klubunun qələbəsi 1,18, bakılıların qalib gəlməsi 14,00-dır. Matçdakı heç-heçə 6,35-ə bərabərdir.

Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti